COP29

Azərbaycan yığmasının futbolçusunun oğlu gecənin adamı oldu - NƏTİCƏLƏR

12 Noyabr 2021 01:40 Dünya çempionatı 1 868
Azərbaycan yığmasının futbolçusunun oğlu gecənin adamı oldu - NƏTİCƏLƏR

2022-ci il dünya çempionatının seçmə mərhələsində IX tura start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin də yer aldığı A qruunda Portuqaliyaİrlandiyanın qonağı olub.

Rəqibini məğlub edə bilməyən Pireney təmsilçisi vacib xallar itirib.

B qrupunda İspaniya səfərdə Yunanıstanı minimal hesabla üstələyib. H qrupunda Xorvatiya Maltanı darmadağın edib - 7:1. J qrupunda isə Almaniya seçməsi evdə Lixtenşteynin qapısından 9 cavabsız top keçirib.

H qrupunda Rusiya evdə Kipri 6:0 hesabı ilə darmadağın edərək, final vəsiqəsinə birbaşa vəsiqəni böyük ölçüdə təmin edib.

B qrupunda Gürcüstan İsveç üzərində gözlənilmədən qələbə qazanıb. Hər iki qolu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliya vurub.

Bu görüşdə həm də "Zirə"nin hücumçusu Davit Volkov qonşu ölkə yığmasının heyətində debüt edib. O, 70-ci dəqiqədə meydana daxil olub.

J qrupunda isə Ermənistan evdə Şimali Makedoniyaya 0:5 hesabı ilə uduzaraq, pley-off ümidlərini böyük ölçüdə itirib.

11 noyabr

A qrupu

21:00. Azərbaycan - Lüksemburq - 1:3

Qollar: Azər Salahlı, 82 - Gerson Rodriges, 67; 90+1. Sebastyan Till, 78

Qırmızı vərəqə: Tellur Mütəllimov, 21 (Azərbaycan)

23:45. İrlandiya - Portuqaliya - - 0:0

Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 9 (7), İrlandiya - 5 (6), Azərbaycan - 1 (8)

B qrupu

21:00. Gürcüstan - İsveç - 2:0

Qollar: Xviça Kvaratsxeliya, 61; 77

23:45. Yunanıstan - İspaniya - 0:1

Qol: Pablo Sarabia, 26 (pen.)

Xal durumu: İsveç - 15 (7 oyuna), İspaniya - 13 (6), Yunanıstan - 9 (6), Gürcüstan - 7 (8), Kosovo - 4 (7)

H qrupu

21:00. Rusiya - Kipr - 6:0

Qollar: Aleksandr Yeroxin, 4; 87. Fyodor Smolov, 55. Andrey Mostovoy, 56. Aleksey Sutormin, 62. Anton Zabolotnı, 82

23:45. Malta - Xorvatiya - 1:7

Qollar: Marselo Brozoviç, 31 (öz qapısına) - İvan Perişiç, 6. Duye Çaleta-Tsar, 22. Mario Paşaliç, 39. Luka Modriç, 45+1. Lovro Mayer, 47; 64. Andrey Kramariç, 53

23:45. Slovakiya - Sloveniya - 2:2

Qollar: Ondrey Duda, 58 (pen.), David Strelets, 74 - Miha Zayts, 18. Miha Mevlya, 62

Qırmızı vərəqə: Mixa Blajiç, 57 (Sloveniya)

Xal durumu: Rusiya - 19, Xorvatiya - 17, Slovakiya - 10, Sloveniya - 10, Malta - 5, Kipr - 5.

J qrupu

21:00. Ermənistan - Şimali Makedoniya - 0:5

Qollar: Aleksandar Traykovski, 22. Enis Bardi, 36; 67 (pen.); 90 (pen.). Milan Ristovski, 79

23:45. Rumıniya - İslandiya - 0:0

23:45. Almaniya - Lixtenşteyn - 9:0

Qollar: İlkay Gündoğan, 11 (pen.). Daniel Kaufmann, 20 (öz qapısına). Leroy Sane, 22; 49. Marko Röys, 23, Tomas Müller, 76; 86, Bote Baku, 80, Maksimilian Göppel, 89 (avtoqol)

Qırmızı vərəqə: Yens Hofer, 9 (Lixtenşteyn)

Xal durumu: Almaniya - 21, Şimali Makedoniya - 15 (9 oyuna), Rumıniya - 13, Ermənistan - 12 (9), İslandiya - 8, Lixtenşteyn - 1.

Digər Xəbərlər
Xəbər Lenti