COP29

Nazir federasiyaların nümayəndələrinı başına yığdı və…

9 İyul 07:50 Digər növlər 700
Nazir federasiyaların nümayəndələrinı başına yığdı və…

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 15-ci görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Bakı Gənclər Evində təşkil olunan toplantıda nazir federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün gündəliyi barədə məlumat verib.

Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarına qazanılmış lisenziyalar, olimpiadaya hazırlıq haqqında danışılıb, idman federasiyalarının sosial media hesabatı dinlənilib, hüquqi məsələlər, nizam-intizam, yerli və beynəlxalq yarışların təşkili, məşqçilərin təhsili və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin federasiyaların strateji inkişaf planı, növbəti Yay Olimpiya Oyunlarına hazırlıqları müzakirə olunub və Azərbaycan Cüdo Federasiyasının 2024-2028-ci illər üzrə strategiyası təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?