COP29

Federasiya Naxçıvan şəhərinə gimnastika xalçası hədiyyə etdi - FOTOLAR

4 İyul 03:00 Digər növlər 326
Federasiya Naxçıvan şəhərinə gimnastika xalçası hədiyyə etdi - FOTOLAR

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən regionda gimnastikanın inkişafına növbəti töhfə kimi Naxçıvan şəhərinə 196 kvadratmetrlik bədii gimnastika xalçası hədiyyə olunub.

Sportinfo.az xəbər verir ki, avadanlığın çatdırılması və quraşdırılması işləri Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və nəzarəti ilə həyata keçirilib.

Xalça idmançıların ixtiyarına bu gün verilib.

Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov şəraitlə yerində tanış olub, eyni zamanda məşqçi, idmançı və valideynlərlə görüşüb.

Yaradılan şəraitə görə minnətdarlığını bildirən məşqçi Humay Qafarova idmançıların hazırlıq vəziyyəti və gələcək yarışlar haqqında məlumat verib.

Qeyd edib ki, peşəkar gimnastika xalçasının mövcudluğu məşq elementlərinin icrasını asanlaşdıracaq və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha geniş imkanlar açacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 01:50 Fransa yarımfinalda