COP29

"Formula 1"də ikinci sərbəst yürüş bitdi, Lekler birinci oldu - Azərbaycan Qran-prisi

13 Sentyabr 18:20 Digər növlər 551
"Formula 1"də ikinci sərbəst yürüş bitdi, Lekler birinci oldu - Azərbaycan Qran-prisi

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Sportinfo.az xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.

"Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lyuis Hemilton üçüncü olub.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci yeri tutub.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.

Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə