“Prezident Kuboku-2025”ə Suqovuşanda start veriləcək - Aprelin 30-da

12:20 Digər növlər 117
“Prezident Kuboku-2025”ə Suqovuşanda start veriləcək - Aprelin 30-da

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasında yarışlara aprelin 30-u Suqovuşanda start veriləcək.

Bu barədə Sportinfo.az-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib.

Saat 11:00-dan etibarən Avropa, Asiya və Afrikadan 20-dən artıq ölkədən 200-dən çox idmançının mübarizə aparacağı reqatanın rəsmi açılış mərasimi keçiriləcək.

Rəsmi hissədən sonra su üzərində şoular və avarçəkənlərin nümunəvi çıxışları baş tutacaq. Daha sonra idmançılar 200 metr məsafədə ilk medallar uğrunda mübarizə aparacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti