Onu prezident postunda bu xanım əvəz edəcək - FOTO

08:50 Digər növlər 288
Onu prezident postunda bu xanım əvəz edəcək - FOTO

Xəbər verdiyimiz kimi, Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Maraqlıdır, bəs Mədət Quliyevi kim evəz edəcək?

Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir.

Sportinfo.az xəbər verir ki, Elnarə Musayeva faktı manset.az-a təsdiqləyib:

"Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk.

Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir".

Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

Digər Xəbərlər
Xəbər Lenti