
Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında milli komandanın qarşısına ən yüksək hədəflər qoyulacaq.
Sportinfo.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova deyib.
Qurum rəsmisi ölkəmizdəki Oyunlarda hədəflərin dəyişməyəcəyini bildirib:
"Səhv etmirəmsə, II MDB Oyunlarında 60-dan çox medal qazanmışdıq. İdmançılarımız daha yaxşı nəticələr üçün mübarizə aparacaqlar".
III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.