“Depressiyaya düşmüşdüm, özümə güvənmirdim, qazanacağımı gözləmirdim"

08:30 Digər növlər 108
“Depressiyaya düşmüşdüm, özümə güvənmirdim, qazanacağımı gözləmirdim"

“Dünya kubokunda medal qazanacağımı gözləmirdim.

Amma Bakıda dünya səviyyəli gimnastlarla fəxri kürsüdə yer almaq mənim üçün şərəfli idi”.

Sportinfo.az xəbər verir ki, bunu ötən həftənin sonunda Bakıda keçirilmiş Dünya kubokunda lentlə hərəkətdə bürünc medal qazanan bədii gimnast Tara Draqaş deyib.

İtaliyalı idmançı turnirlərdə ilk medalını dəyərləndirib:

"Təsnifat mərhələsinin ilk gününün sonunda depressiyaya düşmüşdüm. Özümə güvənmirdim. Lakin düşündüm ki, hər şeyə hazır olmalıyam.

Nəticədə gürzlər və çoxnövçülükdə lentlə məşqlərdən sonra hər şey dəyişdi. Lent hərəkətləri zamanı finala yüksələ bildim.

Həlledici mərhələdə isə özümə güvən artdı və daha yaxşı çıxış nümayiş etdirdim. Podiuma çıxmağa layiq olduğumu sübuta yetirdim.

Bu, Dünya kubokunda ilk medalım, hətta qələbəm idi. Ümid edirəm ki, bu, mənim üçün sonuncu uğurum olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti