“Prezident Kuboku-2025”: “Gəl, bax, öyrən və əylən”

18 Aprel 15:20 Digər növlər 169
“Prezident Kuboku-2025”: “Gəl, bax, öyrən və əylən”

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.

Sportinfo.az xəbər verir ki, məlumatı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti yayıb.

Tədbir çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar, avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı nəzərdə tutulub.

Avarçəkmə nümayişi və əyləncəli proqram 28 apreldə Köndələnçay su anbarında reallaşacaq və saat 11:00-dan etibarən başlayacaq.

Qurum sakinləri tədbirə dəvət edib: "Sizi maraqlı və yaddaqalan bir gün gözləyir! Gəl, bax, öyrən və əylən!"

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"