Bakıdakı Avropa kubokunun ulduzları KİM OLACAQ?

03:50 Digər növlər 139
Bakıdakı Avropa kubokunun ulduzları KİM OLACAQ?

Mayın 1-4-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunun rəqəmləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Təşkilat Komitəsinə 20 ölkədən müraciət daxil olub.

Yarışda ümumilikdə 66 böyük və 83 yeniyetmə idmançı mübarizə aparacaq.

Avropa kubokunda Taisiya Onofriyçuk (Ukrayna), Daniela Muniz (İsrail), Fanni Piqnitski (Macarıstan), Liliana Levinska (Polşa) və bir çox digər məşhur gimnastlar çıxış edəcəklər.

Qeyd edək ki, ilk Avropa kuboku da ötən il Milli Gimnastika Arenasında keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti