Azərbaycanın dörd bədii gimnastı Bakıda finala vəsiqə qazandı

29 Mart 00:00 Digər növlər 182
Azərbaycanın dörd bədii gimnastı Bakıda finala vəsiqə qazandı

Azərbaycanın dörd gənc bədii gimnastı Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, onlar halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsindən sonra buna nail olublar.

Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə həlledici raundda mübarizə aparacaqlar.

Bu gün böyüklər iki növdə çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə çoxnövçülükdə beş halqa ilə bacarıqlarını göstərəcəklər.

Turnirə martın 30-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti