Yenidən Bakıda keçiriləcək

24 Mart 04:00 Digər növlər 368
Yenidən Bakıda keçiriləcək

Formula-1 rəhbərliyi bütün Qran-prilərdə sprint yarışlarının təşkili variantını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliyanın CircusF1 nəşri məlumat yayıb.

Formula-1-in baş direktoru qarşıdakı 3 il ərzində hər həftə sonu sprint yarışlarını keçirməyi hədəfləyib.

Sprintlərin sayı tədricən artacaq: 2026-cı ildə 12, 2027-ci ildə 18, 2028-ci ildən etibarən isə bütün Qran-prilərdə qısa məsafəyə yürüşlər təşkil olunacaq.

Hazırda Formula 1-də hər mövsümdə altı sprint yarışı keçirilir. 2025-ci ildə bu yarışlar Çin, Mayami, Belçika, ABŞ, Braziliya və Qətər Qran-prilərindən bir gün əvvəl baş tutacaq.

2023-cü ildə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti