
Bədii gimnastika üzrə Avropa kuboku seriyasında daha bir mərhələ olacaq.
Sportinfo.az xəbər verir ki, Avropa Gimnastikası (EG) bu il seriyanın ikinci turnirinə Bolqarıstanın Burqas şəhərinin ev sahibliyi edəcəyini açıqlayıb.
Yarış mayın 15-dən 18-ə kimi keçiriləcək.
Mövsümün ilk Avropa kuboku, ötən il olduğu kimi, mayın 1-4-də Bakıda təşkil ediləcək.
Seriyanın fərqli xüsusiyyəti onun “Cross Battles” formatında olmasıdır: fərdi çoxnövçülüyün finalında iştirakçılar uduzan çıxır prinsipi ilə yarışlar keçirirlər.