
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC-313) növbəti döyüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı idmançı turnirdə yüngül çəki dərəcəsində ABŞ təmsilçisi Castin Qetji ilə üz-üzə gəlib.
Las-Veqasda keçirilən görüşün üç raundunun yekununa əsasən, R.Fiziyev rəqibinə uduzub. Hakimlərin yekdil qərarı ilə amerikalı üstün olub - 29-28, 29-28, 29-28.
Geyci əvvəlcə Den Hukerlə döyüşməli idi, lakin onun yeni zellandiyalı rəqibi zədə səbəbindən geri çəkilib və Fiziyev qısa müddətdə döyüşü qəbul edib.