"Gimnastlarımız Dünya Kubokunda əllərindən gələnin ən yaxşısını edəcək"

7 Mart 03:20 Digər növlər 229
"Gimnastlarımız Dünya Kubokunda əllərindən gələnin ən yaxşısını edəcək"

"Ümidvaram ki, idmançılarımız əllərindən gələnin ən yaxşısını edəcəklər".

Sportinfo.az xəbər verir ki, bunu idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Fatimə Şəfizadə deyib.

O, yarışla bağlı ümumi fikirlərini bölüşüb:

"Dünyanın müxtəlif ölkələrindən həm kişi, həm də qadın gimnastlar yarışacaqlar.

Olimpiadadan sonrakı il olduğu üçün 19 ölkə kifayət qədər yaxşı göstəricidir. Oksana Çusovitina kimi tanınmış gimnastlar Bakıdadır".

AGF nümayəndəsi şansları dəyərləndirib:

"Bu idmandır. Ümidvaram ki, idmançılarımız əllərindən gələnin ən yaxşısını edəcəklər. Ən əsası odur ki, yarışda zədəsiz və sağlam şəkildə iştirak etsinlər".

19 ölkə gimnastlarının qatıldığı Dünya Kubokuna martın 9-da yekun vurulacaq.

Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), Nazənin Teymurova (4 alətdə) və Dəniz Əliyeva (4 alətdə) təmsil edəcəklər.

Yekunda ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti