
Futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçısı və məşqçisi Dmitri Kramarenkonun qızı, məşhur gimnast Lalə Kramarenko sosial şəbəkədə çoxlu sayda arxiv videosu yerləşdirərək izləyicilərinə nostalji yaşadıb.
Sportinfo.az xəbər verir ki, videolardan birində Lalənin əfsanəvi məşqçi İrina Viner tərəfindən danlanması əks olunub.
“Sən bunu yerində et! Siz bunu tamamilə yerində edin! Bu yaxşı deyil! “Birlikdə gedin!” – Viener videoların birində Laləni danlayır.
Kramarenko hazırda əməliyyatdan sonra sağalma mərhələsindədir.