“Üstünlük məndədir”

03:50 Digər növlər 89
“Üstünlük məndədir”

"Yarışın ilk günü məqsədim finala vəsiqə qazanmaq idi və bunu bacardığım üçün çox sevincliyəm".

Sportinfo.az xəbər verir ki, Bu sözləri AZƏRTAC-a müsahibəsində tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Bakıda keçirilən Dünya Kuboku barədə danışarkən deyib.

O, bu gün keçiriləcək həlledici mərhələdə daha yaxşı çıxış edərək medal qazanmaq istədiyini bildirib.

"Düşünürəm ki, finalda üstünlük məndədir. Çünki artıq təsnifat yarışlarında rəqiblərimin nəyə qadir olduğunu gördüm.

ABŞ-ı təmsil edən idmançılardan başqa, digər rəqiblərimin hamısını tanıyıram. Həmişə beynəlxalq turnirlərdə onlarla birlikdə mübarizə aparmışıq.

Finalda daha çətin elementlər nümayiş etdirərək fəxri kürsüdə yer almaq istəyirəm", - deyə o əlavə edib.

İyirmi bir yaşlı idmançı doğma divarlar arasında yarışmağın ona xüsusi hisslər yaşatdığı da bildirib.

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq. Turnirdə 15 ölkədən idmançılar güclərini sınayırlar.

Digər Xəbərlər
Xəbər Lenti