Yaponiyada yeganə əcnəbi - O, azərbaycanlıdr: FOTOLAR

19 Fevral 04:00 Digər növlər 523
Yaponiyada yeganə əcnəbi - O, azərbaycanlıdr: FOTOLAR

Azərbaycanlı sumo hakimi Ülvi Ağamirov “Hakuho Cup 2025”də iştirak edib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz yarışda ədaləti qoruyan yeganə əcnəbi olub.

Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti bir il əvvəl də fərqlənib. O, həmin vaxt da bu turnirə xaricdən dəvət edilən yeganə hakim olub.

Tokioda keçirilən turnir sumo tarixinin ən titullu idmançısı Hakuho-Şonun adına “Ryogoku Kokugikan” Milli Sumo Arenasında baş tutub.

Təmsilçimiz yarışdan sonra Yokozuna Hakuho ilə sumonun inkişafı və gələcək planları müzakirə edib. Təmsilçimizə hədiyyələr təqdim olunub.

Sumo üzrə dünya çempionatı 2026-cı ildə ilk dəfə Azərbaycanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti