Braziliyalı yalnız 5 dəqiqə Nazimin qarşısında duruş gətirə bildi - VİDEO

17 Fevral 03:30 Digər növlər 409
Braziliyalı yalnız 5 dəqiqə Nazimin qarşısında duruş gətirə bildi - VİDEO

Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, "UFC Fight Night" 251 turniri fevralın 16-na keçən gecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib.

Yüngül çəkidə çıxış edən N.Sadıxov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçüsünün Bonfimin sağ göz nahiyəsinə ayaqla uğurlu zərbə endirməsi olub.

Braziliyalı ilk 5-dəqiqəlik raundun sonuna qədər tab gətirə bilib.

Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.

Beləliklə, Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”