Azərbaycanda dördüncü yeni klub yaradıldı

16 Fevral 19:25 Digər növlər 859
Azərbaycanda dördüncü yeni klub yaradıldı

Azərbaycanda reqbi idman növü üzrə yeni klub yaradıldı

Sportinfo.az xəbər verir ki, Avropa Azərbaycan Məktəbi 2025/26 mövsümündən etibarən 13 yaşadək oğlanlar arasında reqbi üzrə ölkə çempionatı və kubokunda iştirak edəcək.

Həmçinin Məktəbli Reqbi Liqasında çıxışını davam etdirəcək EAS "Simurq" klubunun yaradıldığını elan edib.

Beləliklə, Azərbaycanda fəaliyyət göstərən reqbi klublarının sayı "Qarabağ", "Şamaxı" və "TISA Titans"la birlikdə dördə çatıb.

Yaxın vaxtlarda Bakıda və regionlarda daha bir neçə reqbi klubunun yaradılması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”