Millimizin heyətindən çıxarıldı - İkiqat dünya çempionu

16 Fevral 03:30 Digər növlər 624
Millimizin heyətindən çıxarıldı - İkiqat dünya çempionu

Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin Bakıda keçiriləcək Dünya Kubokunda çıxış etməyəcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının liderinin adı ilkin ərizədə yer alsa da, püşkatmadan sonra siyahıdan çıxarılıb.

Buna səbəb gimnastın ayağında zədəsinin olmasıdır.

Milli Gimnastika Arenasında baş tutacaq turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar.

Batut gimnastikasında isə Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.

Yarış fevralın 22-23-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”