Neytral status aldılar - Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

16 Fevral 03:20 Digər növlər 363
Neytral status aldılar - Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

Fevralın 14-də neytral status alan rusiyalı batutçular Maksim Didenko, Arina Kalyandra, Aleksandra Lyamina və Sergey Finçenko Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

Sportinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya yığmasının baş məşqçisi Aleksey Rıjkov məlumat verib.

"Ötən gün Didenko, Kalyandra, Lyamina və Finçenko neytral status aldıqdan sonra Bakıda keçiriləcək Dünya Kubokunda təmsilçilərimizin sayı iki dəfə artacaq: dörd nəfərdən səkkiz nəfərə qədər.

Biz bu idmançıların Bakı mərhələsində iştirakı üçün ilkin ərizələri onlar neytral status almamışdan əvvəl təqdim etmişdik.

Ona görə də bu məsələdə hər şey tam qaydasındadır və indi biz onların yarışlara getməsi üçün sənədlərin rəsmiləşdirilməsinə başlayırıq", - A.Rıjkov bildirib.

Beynəlxalq Gimnastika Federasiyasının qərarına əsasən, Rusiya və Belarus idmançıları təşkilatın bayrağı altında keçirilən turnirlərdə yalnız neytral status aldıqdan sonra iştirak edə bilərlər.

Fevralın 22-23-də Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”