![UFC-də çıxış edən azərbaycanlı: “Məni çox yerdə sevirlər”](https://www.sportinfo.az/media/2025/02/08/44f36eaf-539e-3d1f-8e3d-f2da14682d3f_850.jpg)
"Elə döyüşməyə çalışıram ki, azarkeşlər görüşlərimi səbirsizliklə gözləsinlər".
Sportinfo.az xəbər verir ki, bunu ABŞ-ni təmsil edən azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov "Inside Fighting"ə müsahibəsində deyib.
Mütləq Döyüş Çempionatında (UFC) çıxış edən 30 yaşlı idmançı dünyanın hər yerindən fanatlarının olduğunu bildirib:
"Sosial şəbəkələrə nəzarəti dostuma vermişəm. Bütün dünyada çoxlu pərəstişkarlarım var.
Məni Azərbaycanda və Rusiyada izləyirlər. İngiltərədə də müsəlman tərəfdarlarım mövcuddur. Elə olur ki, gecənin bir yarısı azarkeşlər zəng edirlər. Məni çox yerdə sevirlər".
O, fanatlarının ona motivasiya verdiyini bildirib:
"İstəyirəm ki, səhər oyanıb "lənət olsun, Nazimin böyük döyüşünü qaçırdım" deyə düşünsünlər".
Nazim Sadıxov fevralın 15-də UFC Fight Night 251 turnirində Braziliya təmsilçisi İsmael Bonfimlə üz-üzə gələcək.
N.Sadıxov ABŞ-ni təmsil etsə də, qələbələrindən sonra Azərbaycan bayrağını nümayiş etdirir.