COP29

Nazir yenə nə danışdı?

03:50 Digər növlər 83
Nazir yenə nə danışdı?

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 31-də idman federasiyalarının nümayəndələri ilə 18-ci görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələri və mütəxəssislərlə görüşdə son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Tədbirdə bu il müxtəlif ölkələrdə keçiriləcək Beynəlxalq Gimnaziada İdman Oyunları, Tələbələrin Ümumdünya Yay Universiadası və Gənclərin Olimpiya Oyunlarına hazırlığı barədə məlumat verilib.

Sonda isə federasiyaların sosial media hesabatı dinlənilib və digər məsələlər müzakirə olunub.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”
31 Yanvar 03:30 "Zirə" üz vermədi - 7:1