COP29

“Neftçi”dən 2024-cü ildə 1001...

03:20 Digər növlər 97
“Neftçi”dən 2024-cü ildə 1001...

“Neftçi” İdman Klubunun idmançıları ötən il ərzində iştirak etdikləri yarışlarda ümumilikdə 1001 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bunlardan 337-si qızıl, 303-ü gümüş, 361-i isə bürünc mükafatdır.

Klubun istifadəsində olan idman qurğularında 26 idman növü üzrə bölmələrdə 2000-dən çox yeniyetmə və gənc idmanla məşğul olub.

Paytaxt təmsilçiləri bu il Yay Olimpiya və Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında tarixi nailiyyətlər qazanıblar.

Paris-2024-də cüdoçu Hidayət Heydərov çempion olub. Bununla da o, bir ildə Avropa, dünya və Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb. Yunan-Roma güləşçisi Həsrət Cəfərov isə olimpiadanın bürünc medalını qazanıb.

XVII Yay Paralimpiya Oyunlarında "Neftçi"nin üzvləri 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla 11 medal əldə ediblər.

İdmançılardan İmaməddin Xəlilov, Səid Nəcəfzadə, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva 1 qızıl, 1 gümüş, Raman Saley 1 gümüş, 2 bürünc, Sabir Zeynalov, Vəli İsrafilov və İlham Zəkiyev isə bürünc medala sahib olub.

İmaməddin Xəlilov həmçinin Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında tarixi uğura imza atıblar.

Belə ki, Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvü Qənizadə dünya çempionu olublar. Eldəniz Əzizli bununla da Azərbaycanın güləş üzrə ilk dördqat dünya çempionu kimi adını tarixə yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 03:30 "Sabah" məğlub etdi