Azərbaycan millisinin yeni baş məşqçisi kim oldu?

14 Aprel 08:40 Digər növlər 555
Azərbaycan millisinin yeni baş məşqçisi kim oldu?

Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyasının (ATF) mətbuat xidməti məlumat yayıb.

Yeni baş məşqçi Oleksandr Mordasov hazırlıq prosesi, kadr potensialının gücləndirilməsi və beynəlxalq arenada nəticələrin artırılması ilə bağlı planlarını iştirakçılarla bölüşüb.

Daha sonra ATF-nin baş katibi Seymur Hüseynov son iki ilin fəaliyyətini əhatə edən hesabat təqdim edib. Hesabatda yerli və beynəlxalq yarışlar, idmançıların nailiyyətləri və federasiyanın gələcək planları yer alıb.

Sonda vitse-prezidentlər və İcraiyyə Komitəsinin üzvləri çıxış edərək, hədəflər və triatlonun inkişafı ilə bağlı tövsiyələrini veriblər.

Tədbir fikir mübadiləsi və birgə əməkdaşlıq çağırışları ilə yekunlaşıb. Federasiyanın qarşıdakı dövrdə də triatlonun inkişafı və beynəlxalq uğurların artırılması istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...