Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı artırılacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib.
O, 12 kollektivin turnirdə mübarizə aparacağını söyləyib:
"Növbəti Peşəkar Çövkən Liqası martda start götürəcək və dekabra qədər davam edəcək.
Bu il keçiriləcək liqada çövkən komandalarının sayı artıq 12 olacaq. Bu da o deməkdir ki, 2 dövrə ərzində 22 tur olacaq və 132 oyun keçiriləcək".
İlk Peşəkar Çövkən Liqasında 10 kollektiv mübarizə aparıb və "Sərhədçi" yekunda qalib olub.