Naxçıvan Muxtar Respublikası Bodibildinq Federasiyası ləğv olunub.
Sportinfo.az xəbər verir ki, bununla bağlı qurumun ümumi yığıncağında qərar çıxarılıb.
Federasiyanın ləğvi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.
Ləğvetmə prosesinə başlayan zaman məlum olub ki, Naxçıvan Muxtar Respublikası Bodibildinq Federasiyasının möhür və ştampı itib.
Adıçəkilən federasiya 1998-ci ildə yaradılmışdı.
Bundan əvvəl Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Atıcılıq Federasiyası, Paralimpiya Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası, Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırmişdi.