"Bizi yaxşı MDB Oyunları gözləyir".
Sportinfo.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov açıqlama verib.
O, Qarabağda artıq bir neçə beynəlxalq turnirin baş tutduğunu xatırladıb:
"Xankəndidə üç idman tədbiri keçirilib. Şərait yaxşılaşdıqca tədbirlərin sayı artır.
III MDB Oyunları üçün Təşkilat Komitəsi yaradılıb. İclaslarımız olub. Hansı idman növlərinin harada olacağı müəyyənləşib.
Cənab Prezident də vurğuladı ki, demək olar hər regionda olimpiya kompleksləri var. Bəziləri təmir olunacaq, daha da abadlaşdırılacaq.
Bəzi yerlərə yeni idman avadanlıqları alınacaq. Bunlar hamısı mirasdır. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində ölkədə bir neçə idman qurğusu tikildi.
Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayını qeyd edə bilərəm. Atıcılıq Mərkəzi yenidən quruldu.
Bunlar hamısı Avropa Oyunlarından qalan yaxşı mirasdır. Bu gün də istifadə olunur.
Dünyanın bir çox ölkələrindən idmançılar təlim-məşq toplanışları üçün ölkəmizə gəlirlər".