COP29

Azərbaycan millisindəki çıxışını başa vurdu: “Çox şey qazandım”

03:30 Digər növlər 94
Azərbaycan millisindəki çıxışını başa vurdu: “Çox şey qazandım”

Triatlon üzrə Azərbaycanın üçqat Olimpiya iştirakçısı Rostislav Pevtsov yığmadakı çıxışını başa vurub.

Sportinfo.az xəbər verir ki, Ukrayna əsilli idmançı qərarını sosial şəbəkə hesabında açıqlayıb.

O, Azərbaycanda keçirdiyi 10 ili geridə qoyduğunu və bu dövrü həmişə gözəl xatırlayacağını bildirib:

“Deyəsən, Vətənə qayıtmağın vaxtı çatıb. İdmanda çox şeylər qazandım və bütün böyük nailiyyətlərim Azərbaycan bayrağı altında olub.

Amma hiss edirəm ki, Ukraynada önəmli bir şeyə nail olmaq üçün hələ də gücüm var. Mən Azərbaycana, məni əhatə edən və dəstəkləyən bütün gözəl insanlara dərin minnətdarlığımı bildirirəm.

Bu 10 il eniş-yoxuş, kəşflər və maraqlı macəralarla dolu idi. Mən Azərbaycanı üç Olimpiya Oyunlarında fəxrlə təmsil etmişəm və bu, mənim üçün həmişə böyük şərəf olaraq qalacaq.

Mənə inanan və böyük zirvələrə çatmağımda kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Hər şeyə görə çox sağ olun. Ümid edirəm ki, biz uzun illər dost olaraq qalacağıq” , - 37 yaşlı triatlonçu bildirib.

Rostislav Pevtsov dünya kubokunun qalibi, Bakıda keçirilmiş Avropa Oyunlarının bürünc mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"