COP29

"Onlar hər şey etdilər ki, biz bu gün burada başıuca dayanaq"

03:50 Digər növlər 64
"Onlar hər şey etdilər ki, biz bu gün burada başıuca dayanaq"

"Komandanın çıxışını yüksək qiymətləndirirəm".

Sportinfo.az xəbər verir ki, bunu ağır atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Maxtı Makkayev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanmasını dəyərləndirib:

"Hazırlığımız yüksək səviyyədə idi. Federasiyamızın prezidenti Kamran Nəbiyev və vitse-prezident Firdovsi Umudov başda olmaqla hamıya təşəkkür edirəm. Onlar hər şey etdilər ki, biz bu gün burada başıuca dayanaq. Həmçinin məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Azərbaycanı dünya çempionatında İsa Rüstəmov və Dadaş Dadaşbəyli təmsil etdi. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəmin nəticəsindən də razıyam. Əvvəlki nəticəsini dünya çempionatında yaxşılaşdırdı. Onun növbəti yarışda daha yüksək nəticə göstərəcəyinə inanıram. 109 kq çəki dərəcəsində çıxış edən Dadaş Dadaşbəyliyə xarakter göstərdiyinə görə təşəkkür edirəm. O, gərgin mübarizədə özünü əsl döyüşçü kimi göstərdi. Komandanın çıxışını yüksək qiymətləndirirəm".

109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Dekabr 17:20 Rəşad və "Qarabağ"...