Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru və bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova seminar keçəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidmətindən bildirilib.
Dekabrın 6-7-də Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 12:30-da start götürəcək.
Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü 2025-2028-ci illər üçün yeni qaydalarla bağlı hakimlər üçün seminar təşkil edəcək.