COP29

"Onları məyus etmədiyimiz üçün özümüzlə qürur duyuruq"

21 Oktyabr 02:50 Digər növlər 159
"Onları məyus etmədiyimiz üçün özümüzlə qürur duyuruq"

"Bakıdan xoş təəssüratlarla qayıdacağım üçün çox sevincliyəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatının qarışıq komanda yarışlarında qızıl medal qazanan islandiyalı gimnast Arman Siqurholm Larsen deyib.

Yeniyetmə idmançı çıxışından razı qaldığını bildirib:

"Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Hədsiz dərəcədə xoşbəxtik.

Hər birimiz komandamızın uğuru üçün çalışırdıq. Buraya çempionluq üçün gəlmişdik. Nəhayət, istədiyimizi aldıq".

O, arenada idmançılara dəstəyini əsirgəməyən bütün azarkeşlərə təşəkkür edib:

"Milli Gimnastika Arenasında sanki idman bayramıdır. Öz çıxışımız zamanı digər ölkələrdən gələn fanatların da dəstəyini hiss edirdik.

Məsuliyyətin fərqində idik. Onları məyus etmədiyimiz üçün özümüzlə qürur duyuruq".

Digər Xəbərlər
Xəbər Lenti