COP29

Bakıya gələn isveçli gözəl: “Bunun üçün təəssüflənmirəm”

19 Oktyabr 02:50 Digər növlər 410
Bakıya gələn isveçli gözəl:  “Bunun üçün təəssüflənmirəm”

"Çox maraqlı və gərgin yarış oldu. Əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatının qarışıq komanda yarışlarında gümüş medal qazanan isveçli gimnast Viktoriya Vanesson deyib.

Çempionatın onun üçün uğurlu nəticələndiyini bildirən yeniyetmə idmançı yarışın komandasına yaxşı təcrübə qazandırdığını deyib: "Çıxışımızdan öncə bir qədər həyəcanlı idim. Lakin xalçanın üzərində olan zaman bu barədə düşünməyə vaxt qalmır. Bizdən öncə kişilərdən ibarət komandamız gümüş medal qazandı. Düzdür, mükafatçılar sırasında olduqları üçün xoşbəxtdirlər. Lakin biz istəyirdik ki, bu dəfə ölkəmizin aktivinə qızıl medal yazdıraq və xalqımızı daha da sevindirək. Amma alınmadı. Bunun üçün təəssüflənmirəm. Əsas odur ki, bu qədər güclü komanda arasında fərqlənə bildik".

Bakıya ilk dəfə səfər etdiyini vurğulayan İsveç təmsilçisi Milli Gimnastika Arenasındakı təşkilatçılıqdan razı qaldığını söyləyib: "Dünyada belə arenalar çox olsa, yaxşı olardı. Bura bizim sevimli məkanımıza çevrilib. Çünki Milli Gimnastika Arenasında məşq etmək olduqca rahatdır. Heç nədə çətinlik çəkmədiyimizi qeyd etməliyəm. Çünki burada bizi yönləndirən şəxslər var idi. Mehriban insanlarla tanış olduq. İsti və xoş münasibətə görə komandam adından Azərbaycana təşəkkür edirəm".

"TeamGym" üzrə Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu