COP29

Milli Gimnastika Arenasında Azərbaycan məşqçiləri üçün seminar təşkil olundu

00:00 Digər növlər 77
Milli Gimnastika Arenasında Azərbaycan məşqçiləri üçün seminar təşkil olundu

Bolqarıstanın “Vasil Levski” adına Milli İdman Akademiyasının professoru və idmançısı Daniela Daşova Milli Gimnastika Arenasında Azərbaycanın gimnastika məşqçiləri üçün seminar keçib.

Sportinfo.az xəbər verir ki, seminar zamanı professor müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.

Bu seminar ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti