Azərbaycanı Çexiyanın Yablonets nad Nisou şəhərində keçiriləcək batut gimnastikası üzrə 51-ci beynəlxalq dostluq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, məşqçilər Abdulla Qasımov və Vladimir Şulikinin rəhbərliyi altında fərdi yarışda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabanova və Samirə Hüseynova iştirak edəcək.
Sinxron yarışda isə Hüseyn Abbasov - Nicat Mirzəyev, Əli Niftəliyev - Ammar Baxşaliyev, Fərhad Mustafayev - Ömər Qasımlı, həmçinin Ayan Şabanova - Samirə Hüseynova cütlükləri mübarizə aparacaq.
Hakim qismində isə Azərbaycanı Rövşən Qurbanov təmsil edəcək.