"Bu yarışda iştirak etdiyimə görə çox xoşbəxtəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Quba şəhərində keçirilən bədii gimnastika üzrə "Grace of Nature" turnirində iştirak edən Su İdmanı Sarayı komandasının üzvü Elisa Əliyeva deyib.
Yarışda birinci yeri tutan 2012-ci il təvəllüdlü idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib:
"Öz çıxışımdan razı qaldım. Bu cür turnirdə iştirak etmək bizə yaxşı təcrübə qazandırır.
Mənim üçün yarış hələ bitməyib. Bu gün daha bir dəfə xalça üzərinə çıxacağam. Qalib gələn digər qızları da təbrik edirəm".
Yeniyetmə gimnast gələcək hədəflərindən də söz açıb:
"Qarşıda bizi bir sıra yarışlar gözləyir. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Əsas hədəfim isə güclü məşqçi olmaqdır".
Elisa Əliyeva Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyevin qızıdır.