Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (+95 kq) Niderlandda baş tutan "Glory" Qran-prisində yarımfinalda məğlubiyyəti barədə danışıb.
Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlama verən Bəhram Rəcəbzadə bildirib ki, döyüşü həkimin qərarına əsasən dayandırmalı olub.
"Əslində, xal hesabında rəqibimdən öndə idim. Sadəcə, qaşımdan aldığım travma döyüşə davam etməyimə imkan vermədi.
Həkim döyüşə davam edəcəyim təqdirdə göz damarlarımın partlama ehtimalı olduğunu və mübarizəni dayandırmalı olduğumu dedi.
ndə olduğum döyüşü belə bitirmək istəməzdim. Hazırda zədəmin sağalmasını gözləyirəm, əgər hər şey qaydasında davam edərsə, dekabr ayında yenidən döyüşəcəyəm", - deyə B.Rəcəbzadə bildirib.
Məlumat üçün bildirək ki, "Glory" Qran-prisinin mükafatı 500 000 ABŞ dollarıdır.