Azərbaycanın kişi gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının qalibi olub.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Cütlük qarışıq hərəkətlərdə qızıl medal qazanıb.
Sentyabrın 19-da startı verilən dünya çempionatı ayın 22-də yekunlaşacaq.