COP29

Azərbaycan akrobatları Portuqaliyada turnirdə iştirak edəcək

13 Sentyabr 00:00 Digər növlər 182
Azərbaycan akrobatları Portuqaliyada turnirdə iştirak edəcək

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Potuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya yaş qrupları yarışlarında iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

12-18 yaş kateqoriyasında Dinara İbadova, Qəşəng Ağamoğlanlı, Ceyla Əlizadə, ⁠Diana Məmmədova, Safiya Babayeva və ⁠Firuzə Qasımzadə mübarizə aparacaqlar.

13-19 yaş kateqoriyasında isə Ayan Hacılı, Aylin Məmmədova, Jasmin Əliyeva, Nəzrin Zeyniyeva, Anahita Bəşiri və Zəhra Rəşidova bacarığını göstərəcək.

İdmançılara məşqçilər Aynur Yusufova və Leyla Əliyeva rəhbərlik edəcək. Durdanə Əhmədova isə hakimlər sırasında yer alacaq.

Turnir sentyabrın 12-15-i aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə