COP29

“Bakıda ağıllı hərəkət etmək lazımdır”

11 Sentyabr 05:00 Digər növlər 241
“Bakıda ağıllı hərəkət etmək lazımdır”

“Sauber” Bakıda və Sinqapurda şəhər traslarında baş tutacaq ardıcıl iki mərhələdən ibarət seriyaya hazırlaşır.

Ümidvarıq ki, komanda mövsümün final mərhələsində öz nəticələrini bir az da yaxşılaşdıra biləcək.

Sportinfo.az xəbər verir ki, Formula 1-in finlandiyalı pilotu Valtteri Bottas deyib: “Bakı Şəhər Halqası cəsarət tələb edən traslardan biridir, lakin ağıllı hərəkət etmək lazımdır. Keçmişdə dəfələrlə orada yaxşı nəticələr əldə etmişəm və həmişə bu çətin trasa qayıtmaqdan məmnunam.

Onun uzun düz yollarında yaxşı sürət lazımdır, lakin bolidin dəqiq sürmə texnikası tələb edən dönmə hissələrinin öhdəsindən yaxşı gəlməsi də eyni dərəcədə vacibdir.

Komanda ilə birlikdə zəif tərəflərimizi təhlil edirik və işə yanaşma tərzini təkmilləşdiririk. Ən mühüm olan hər sessiyadan maksimum nəticə əldə etməkdir və əgər həftəsonu birlikdə işləyə bilsək, ilk onluqdakı fərqi aradan qaldıra biləcəyimizə əminəm.

Bakı trasında sükan arxasına qayıtdığım üçün şadam, çünki bu yarış həmişə hansısa xüsusi ssenari üzrə keçirilir”.

Çinli pilot Quanyuy Çjou isə deyib: “Mövsümün Avropa hissəsi başa çatdıqdan sonra Bakıda həftəsonu tras yürüşlərinin növbəti seriyası açılır və bu, çox maraqlıdır.

Azərbaycanın paytaxtı unikal yerdir, çünki həm şəhərin, həm də trasın özünəməxsus xarakteri var, eyni zamanda, burada yarış həmişə maraqlı olur. Uzun düz yolların sıx və texniki döngələrlə birləşməsi həm sürücü, həm də avtomobil üçün problemdir.

Komandamız problemləri həll etmək üçün çox çalışır və qarşıda hələ çoxlu iş olduğu aydın olsa da, mübarizəyə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Hər yarış təkmilləşmək üçün bir fürsətdir və biz bundan tam istifadə etməyə hazırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?