COP29

Yolunu Bakıdan salan məşhurlar: “Görək, bu, nəyisə dəyişəcəkmi?”

11 Sentyabr 03:30 Digər növlər 246
Yolunu Bakıdan salan məşhurlar: “Görək, bu, nəyisə dəyişəcəkmi?”

Kevin Maqnussen diskvalifikasiyaya görə Bakıda həftəsonunu buraxacaq, onun əvəzinə Niko Hülkenberqin ortağı debütant Oliver Berman olacaq.

Sportinfo.az xəbər verir ki, yarış mühəndisi Mark Sleyd deyib:

“Bakı trasında həftəsonu yarışı dənizdən əsən güclü küləklə daha da çətinləşən mürəkkəb, lakin maraqlı çağırışdır.

Konfiqurasiya olduqca qeyri-adidir – küçənin dar hissəsi 16-dan birinci döngəyə qədər uzun yüksəksürətli hissəyə keçir.

Çox təəssüf ki, Kevin Maqnussen bu həftəsonu sükan arxasına keçə bilməyəcək, lakin biz Oliverlə tam gücümüzlə işləyəcəyik. Keçən il o, Bakıda keçirilən Formula 2 yarışlarının hər ikisində sürət və istedad nümayiş etdirərək qalib gəlib. Özündən və avtomobilindən maksimal nəticə əldə etmək üçün bu təcrübə və bilikdən istifadə etməlisən. Bizi çox maraqlı həftəsonu gözləyir”.

Niko Hülkenberq: “Bakı küçə trasının bir neçə uzun düz yolunda, Köhnə şəhərdəki dar hissədə olan maraqlı trasda bizi çox mürəkkəb və gərgin dövrə gözləyir. İlk dəfə biz oraya payızda gedəcəyik, adətən mərhələ yazda olurdu, görək bu nəyisə dəyişəcəkmi?”

Oliver Berman: “Mən Formula 1-in sükanı arxasına qayıtmaq və ilk tam həftəsonu keçirməyə çox şadam. Artıq ilk məşqdə iştirak etdim, indi işə davam edə bildim. Bu, əladır.

Konfiqurasiya stasionar deyil və çox mürəkkəbdir, divarlar bir-birinə yaxın məsafədədir, qalanın yaxınlığındakı dar bir ərazidə isə çox sıxdır. Mən lazımi tempi tapmaq üçün tədricən sürətimi artıracağam. Həftəsonu çoxlu dövrə vurmaq imkanım var, bu, Formula 1-də ilk tam uik-endimdir və bundan çox məmnunam”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?