COP29

Azərbaycan millisində yunanıstanlı yeni baş məşqçi - VİDEO

9 Sentyabr 01:10 Digər növlər 269
Azərbaycan millisində yunanıstanlı yeni baş məşqçi - VİDEO

Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında reallaşan tədbirdə yunanıstanlı mütəxəssis Panayotis Xronopulos ictimaiyyətə təqdim olunub.

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə əsas məqsədlərinin su polosunun Azərbaycanda inkişafını təmin etmək olduğunu bildirib.

O, Gənclər və İdman Nazirliyi ilə birgə layihələr həyata keçirəcəklərini vurğulayıb.

Qurum rəsmisi ən qısa zamanda turnir təşkil etmək və məşqçilər heyəti tərəfindən yeni milli komanda formalaşdırmaq istədiklərini diqqətə çatdırıb. T.Abdullazadə yeni baş məşqçiyə fəaliyyətində uğurlar arzulayıb.

P.Xronopulos isə ilk dəfə ölkəsindən kənarda işləyəcəyi üçün həyəcanlı olduğunu söyləyib. O, Azərbaycanda su polosunun inkişafına töhfə verəcəyini deyib.

Panayotis Xronopulos bu postda Azər Babayevi əvəzləyib. Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…