COP29

Azərbaycanı "Plovdiv Cup"da təmsil edəcək gənc gimnastlar - FOTOLAR

28 Avqust 18:40 Digər növlər 259
Azərbaycanı "Plovdiv Cup"da təmsil edəcək gənc gimnastlar - FOTOLAR

Azərbaycanın gənc gimnastları Bolqarıstanda keçiriləcək aerobika gimnastikası üzrə “Plovdiv Cup” beynəlxalq yarışında iştirak edəcək.

Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, ölkəmizi turnirdə məşqçi Mariyan Kolevin rəhbərliyi altında Məryəm Topçubaşova (fərdi), Sara Əlixanlı (fərdi), Sənəm Kazımova (fərdi), Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskaya "üçlüy"ü təmsil edəcək.

Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Sara Əlixanlı həmçinin qrup şəklində də bacarıqlarını göstərəcəklər.

"Plovdiv Cup"da Azərbaycanı hakim kimi Lalə Hüseynova təmsil edəcək.

Beynəlxalq turnir 30 avqust və 1 sentyabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti