Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində iştirak edən Azərbaycan millisinin 7 üzvü finala vəsiqə qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Tofiq Əliyevlə Adil Hacızadə tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Nicat Mirzəyev, Fərhad Mustafayev və Ömər Qasımlı isə batut gimnastikası üzrə yarışda həlledici mərhələyə yüksəliblər.
İyulun 11-də start götürən turnirə bu gün yekun vurulacaq.