COP29

Nazir onları narahat edən məsələləri dinlədi – Bəs nə dedi?

12 İyul 03:40 Digər növlər 276
Nazir onları narahat edən məsələləri dinlədi – Bəs nə dedi?

Gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər tabe təşkilatların rəhbərləri ilə görüşüb.

Sportinfo,az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Fərid Qayıbov Prezident İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan əməkdaşlar Yaşar Rzayev, Anar Muxtarov, Samir Kərimov, Rövşən Mehraliyevə medalları təqdim edib və onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə idarələrin, dispanserlərin, UGİM-lərin və digər təşkilatların rəhbərlərini narahat edən məsələləri dinləyən nazirə idman bölmələrinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Qazanılan uğurlarda rolu olan hər kəsə təşəkkür edən nazir bundan sonra görüləcək işlərin daha da səmərəli olması üçün daha aktiv fəaliyyətin vacibliyini vurğulayıb.

Tədbirdə nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva da iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti