COP29

"Azərbaycan çempionatı bir növ onlar üçün sınaq xarakteri daşıyır".

25 İyun 03:00 Digər növlər 295
"Azərbaycan çempionatı bir növ onlar üçün sınaq xarakteri daşıyır".

"Məqsədimiz gimnastika idman növünü bölgələrdə daha da inkişaf etdirməkdir. Bu cür addımlardan biri də Neftçala şəhərində atılır".

Sportinfo.az xəbər verir ki, bu sözləri Neftçalada keçirilmiş aerobika gimnastikası üzrə VIII ölkə çempionatının baş hakimi Lalə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

O, Neftçala ilə yanaşı, digər bölgələrdə də bu cür yarışların keçirildiyini xatırladıb:

"Daha əvvəl Şəki şəhərində ölkə çempionatı təşkil edilmişdi. Məqsəd gimnastikanın bu növünü bölgələrə yaymaqdır.

Uşaqların da yarışlara marağının böyük olması sevindirici haldır".

Onun sözlərinə görə, bu yarış, həmçinin sentyabr ayında İtaliyada keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır:

"Burada iştirak edən gimnastlar özlərini mundiala hazırlayırlar. Ölkə çempionatı bir növ onlar üçün sınaq xarakteri daşıyır".

Aerobika gimnastikası üzrə Azərbaycan çempionatının keçirilməsində məqsəd gələcək ulduzların yetişməsinə və yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır.

Azərbaycan Gimnastika Federasiyası bu cür yarışlarla idmançıların peşəkarlığının artırılmasına və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcək gimnastların yetişdirilməsinə dəstək olur.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?