Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.
Kərəmov “Rizin” turnirində Yaponiya təmsilçisi Kazumasa Majima ilə qüvvəsini sınayıb.
Qarşılaşma Yaponiyanın Naqoya şəhərində baş tutub. 70 kq çəkidə mübarizə aparan Vüqara qələbə üçün cəmi 28 saniyə kifayət edib. Bu qələbə təmsilçimizə kəmər uğrunda döyüşə vəsiqə qazanmaq şansı verib.
Kərəmov “Rizin” çərçivəsindəki 8 döyüşdə 6-cı qələbəsini qazanıb.
Vüqar Kərəmov ötən ilin noyabrında baş məşqçisi Ruslan Əfənfiyev, Tofiq Musayev, Xəzər Rüstəmov və Rüfət Əsədovlə birgə xuliqanlıq ittihamı ilə saxlanılıb.
Tofiq istisna olmaqla hərəsinə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. Onlar hökmdən 28 gün sonra cəzaları bitdiyi üçün azadlığa buraxılıblar.
Vüqar Kərəmov özünü təqsirli bilmir. Hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti verib. Araşdırma davam edir.