COP29

Azərbaycanı Saraqosadakı beynəlxalq turnirdə təmsil edəcək gimnastlar

2 İyul 15:20 Digər növlər 1 201
Azərbaycanı Saraqosadakı beynəlxalq turnirdə təmsil edəcək gimnastlar

Azərbaycanı İspaniyanın Saraqosa şəhərində keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, məşqçi Yevgeniya Vilyayevanın rəhbərliyi altında yarışda Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina iştirak edəcək.

Nigar Abdusalimova və Vəfa Bəkərova hakim, Akif Kərimli isə xoreoqraf kimi iş başında olacaq.

Turnir iyulun 5-6-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO