COP29

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası oldu – Nədən danışıldı?

10 İyul 2024 07:40 Digər növlər 1 172
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası oldu – Nədən danışıldı?

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

İclasda Kollegiya “Öyrədənlər platforması” barədə təqdimat dinlənilib və layihənin icra edilməsi barədə qərar qəbul edilib.

Həmçinin 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı müzakirə olunaraq səsvermə ilə təsdiqlənib.

Tədbirdə həmçinin idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb və nazirliyin kollegiya qərarı ilə Ramal Əsgərov, İlqar Tağıyev "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülüblər.

Digər Xəbərlər
Xəbər Lenti